• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 09.09.2019 17:42

Daha 2 məktəb yeni binada

KepezTV Player

Gəncənin 28 və 46 saylı məktəbləri üçün yeni binalar tikiləcək. 56 ildir fəaliyyət göstərən 28 nömrəli məktəb üç korpuslu 730 şagirdlikdir. Orta məktəbin binası indiyə kimi əsaslı təmir olunmayıb. Bundan başqa 46 nömrəli məktəb də qəzalı vəziyyətdə olduğu üçün binasında yeməkxana, yataqxana, idman zalı sökülüb. 10 ağır texnika və 20-ə yaxın canlı qüvvə prosesə cəlb olunub. Söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni 1200 şagirdlik məktəb binası inşa ediləcək. Layihəyə görə yeni tikiləcək 3 mərtəbəli bina müasir standartlara tam cavab verəcək. Burada fənn kabinələri, kitabxana, idman zalı eləcə də yeməkxana da olacaq. Bütün otaqlar isə lazımı invetarlarla təmin ediləcək. Bundan başqa məktəbin həyətində futbol meydançası, qazanxana, tranfarmator da qoyulacaq. İşlərə gələn tədris ilinin əvvəlinə kimi yekun vurulması nəzərdə tutulub.

Ramin Mikayılov - sahə rəisi: 46 saylı məktəbin söküntüsünə yaşadığımız ilin iyul ayın 11-dən başlanılıb. Hazırda söküntü işləri tamamlanır. Məktəb tikintisinə ərazi tam hazırdı. Standartlara uyğun qaydada yeni müasir məktəb binası tikilib istifadəyə verməyə hazırıq.