• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1356
— 09.09.2019 12:13

Qəzada iki qadın xəsarət aldı

KepezTV Player

Gəncənin Əziz Əliyev prospektində Şəmkir rayon sakini Vüqar Hüseynov idarə etdiyi "VAZ 21011" maraklı avtomobillə hərəkətdə olan zaman "VAZ 2107" markalı minik maşını ona çırpılıb. Qəza nəticəsində "VAZ 21011" bir neçə metir kənara düşüb və içərisində olan sərnişinlər - 54 yaşlı Səmaya Rüstəmova və 29 yaşlı Əsmər Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

İmişlidə ağır yol qəzası baş verib. Əliqulular kəndində Bakı sakini, 56 yaşlı İlqar Şamxalovun idarə etdiyi “Opel Vectra” markalı maşın yoldan çıxaraq su kanalına aşıb. Nəticədə sürücü, qardaşı 50 yaşlı Etibar Məmmədov, onun həyat yoldaşı 52 yaşlı Mərziyyə Məmmədova, 28 yaşlı Elnur Məmmədov və 35 yaşlı Afət Kərimova boğularaq ölüblər. Ölənlər bir ailənin üzvləridirlər.

Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Çöl-Ərəb kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil hərəkətdə olarkən gözlənilmədən onun qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarətlə nəticələnən daha bir qəza Siyəzəndə qeydə alınıb. Bakı-Quba-Rusiya sərhədi yolunda VAZ və Opel markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində xəsarət alan Şabran rayon sakinləri – 32 yaşlı Xəzər Babayev və 26 yaşlı Habil Qadaşov xəstəxanaya yerləşdiriliblər. Faktlarla bağlı araşdırma aparılır.