• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 09.09.2019 12:16

Şəmkirdə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib

KepezTV Player

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmiləri, Təhsil Şöbəsinin əməkdaşları, məzunlar, məktəb direktorları və valideynlər iştirak ediblər. Bu il rayonun ümumtəhsil məktəblərini bitirib müxtəlif ali təhsil ocaqlarına sənəd verən 1054 məzundan 606-sı tələbə adını qazanıb. Onlardan 76-sı 500-600, 21-i isə 600-dən yuxarı bal toplayıb. Rayon üzrə yüksək nəticə göstərən təhsil ocaqları Şəmkir şəhər Məhəmməd Füzuli, Əhməd Cavad, Cahangir Rüstəmov adına və Kür qəsəbə 2 saylı tam orta məktəbləri olub. Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbinin bir sinfinin bütün məzunları tələbə adı qazanıblar. Çıxış edənlər uğur qazanan gəncləri təbrik edib, onlara yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə layiqli vətəndaş olmağı arzulayıblar. Ölkədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söz açılıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Sonda imtahanlarda yüksək nəticə göstərən məzunlar Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Görüş bədii hissə ilə davam edib.

Ruhiyyə Rəfiyeva - Kür qəsəbə 2 saylı tam orta məktəbin direktoru: “Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Bu nəticələrə görə mən öz müəllimlərimizə təşəkkür edirəm. Zona birincisi də bizim məktəbimizdəndir. Əhmədov Amil Musa oğlu 680 balla Polis Akademiyasına qəbul olunub. İlbəil bizim nəticələrimiz yaxşı olur. Ümidvarıq ki, gələcəkdə nəticələrimiz daha yaxşı olacaq”.

Nurcan Abbasova - tələbə: Mən bu gün çox xoşbəxtəm. Xanalılar kənd tam orta məktəbinin məzunuyam. 655 balla Bakı Dövlət Universtetinin Hüquq fakultəsinə daxil olmuşam. Bütün müəllimlərə təşəkkür edirəm.

 

Natiq Hüseyn