• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 09.09.2019 12:13

Şəmkirdə sərnişindaşıma ilə məşğul olan sürücülər maarifləndiriliblər

KepezTV Player

Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 9-cu tağımının xidməti ərazisinə aid olan Şəmkir rayonunda maarifləndirici tədbir keçirilib. Şəmkir postu ərazisində sərnişindaşıma ilə məşğul olan sürücülər saxlanılaraq onlara təhlükəsizlik qaydaları izah olunub.

Tədbir zamanı rayonlararası sərnişin daşıyan avtobus və mikroavtobuslara  baxış keçirilib. Sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Sürücülərin tibbi müayinədən keçməsinin zəruriliyinə diqqət çəkilib. Onlara yorğun olduqları hallarda qısamüddətli istirahət etmək üçün postlarda imkan yaradıldığı vurğulanıb.

İstirahət mövsümü başa çatmaq üzrədir və bu səbəbdən bölgələrdən paytaxta nəqliyyatın hərəkətində intensivlik müşahidə olunur. Bu baxımdan avtobus və mikroavtobusları idarə edən sürücülərə, eləcə də yol hərəkətinin digər iştirakçılarına yollarda maksimum diqqətli olmaq, təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək tövsiyə olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl gecə saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində Türkiyədən Bakıya sərnişin daşıyan avtobus onunla eyni istiqamətə hərəkət edən yük maşınına çıxpılıb. Ölən və xəsarət alanların olduğu ağır qəzaya ilkin səbəb kimi avtobus sürücüsünün ehtiyatsızlığı göstərilib.

Natiq Hüseyn