• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2353
— 07.09.2019 12:54

Olimpiya çempionu mundialı buraxacaq

KepezTV Player

Gəncə güləş məktəbinin parlaq siması Toğrul Əsgərov sentyabrın 14-dən 22-dək Qazaxıstanda keçiriləcək dünya çempionatını buraxacaq. Ötən ay  Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-Pridə zədələnən olimpiya çempionu bu səbəbdən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan mundialda iştirak etməyəcək. Zədəsini yeni sağaldan Əsgərov bərpa dövrü keçdiyindən hazırlığı istənilən səviyyədə deyil. Odur ki, məşqçilər korpusu ona bu cür mötəbət yarışda güləşmək imkanı yaratmayıb. Qeyd edək ki, Toğrulun medal kolleksiyasında yeganə çatışmayan mükafat dünya çempionatının qızılıdır.

Azad Rəfi