• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 07.09.2019 17:16

Yeni teatr mövsümünə hazırlıq gedir

KepezTV Player

Gəncə Dövlət Dram Teatrı 125-ci mövsümünü məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” faciəsi ilə açacaq. Yeni quruluşda hazırlanan tamaşa kriminal-melodram janrındadır.  Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı isə Mirzə Mehdidir. Tamaşada Xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov, Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, eləcə də gənc aktyorlar Murad Meyfəliyev, Sevinc Hüseynova rol alıb.

Gəncə Dövlət Dram Teatrının direktoru:Şekspirin əsərlərinə Gəncə teatrında həmişə tarix etibarı ilə müraciət olunub.Hətta Hamlet tamaşası da Sovet dönəmində Gəncə Dövlət Dram Teatrında hazırlanıb. Hazırda bu tamaşaya yeni bir baxımla, yeni bir yanaşma tərzi ilə yanaşılıb.Bu günün tələblərinə cavab verəcək səviyyədə tamaşanı təqdim etmək üçün İradə xanım bütün qabiliyyətindən istifadə edərək müasir tələbələr cavab verəcək səviyyədə təqdim edəcək.

Gəncə Dövlət Kukla Teatrı isə 34-cü mövsümünü Danimarkalı yazıçı Hans Xiristian Andersenin “Düyməcik” əsəri ilə açır. 40 dəqiqəlik amaşanın quruluşçu rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Sara Məmmədova, musiqi tərtibatçısı Araz Əsgərovdur.Düyməcik uşaqların ən çox sevdiyi nağıl qəhrəmanlarından biri  olduğundan açılış üçün məhz bu əsərə müraciət edilib. Tamaşada rolları Zülfiyyə Əliyeva, Səməd Xanəhmədov, Nərmin Şərifova və tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli ifa edəcək.

Fərmail Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru:Tamaşanın həmin günü həm də premyerası olacaq. Uşaqlar tamaşada baş verən hadisələri özləri görəcəklər.Tamaşa yeni janrdadır. Teatr aləmində belə bir janr var ki, tetar çamadanda və bütün hadisələrdə bir çamandanda baş verir.

Nərmin Şərifova aktrisa:Düyməcik tamaşasında baş rolu Düyməciyi oynayıram. Bu tamaşada uşaqlara əsasən yaxşılığın yenə qalib olmağını göstəririk. Yaxşı heç vaxt pisin yanında yer ala bilmir. Əslində bunu uşaqlara çatdırmaq istəyirik.

Gəncə Dövlət Kukla Teatrı yeni mövsümü sentyabırın 18-də, Dram Teatr isə ayın 27-də açacaq.