KepezTV Player
Müasir dövrdə demək olar ki, hər yaşda qurd xəstəlikləri müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu problem ciddi fəsadlara gətirib çıxara bilər. Pediatr Nuranə Quliyevanın sözlərinə görə, uşaqlarda qurd xəstəliyinin əsas əlamətləri baş gicəllənmə, ürəkbulanma, qanazlığı, iştahsızlıqdır.
Xəstəliyin törədicisi öküz soliteri olub, iri buynuzlu heyvanlardan insana yoluxur. Bəs bununla mübarizədə ən effektiv metod hansıdır? Nələrə diqqət etməli, hansı qidaları rasionumuzdan çıxarmalıyıq?
Əgər insan müalicədən sonra gigiyenik qaydalara əməl etməzsə, qurdlar tez bir zamanda onun orqanizmində yenidən məskən salır. Gündəlik həyatda, qida qəbulu zamanı bu məqama xüsusi diqqət yetirmək gərəkdir.
- Baxış: 2171