• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 07.09.2019 17:03

Xan bağının təhlükəli ağacları kəsilir

KepezTV Player

Gəncənin yaşı 100-dən çox olan  Xan bağında inkişaf dövrünü başa vuran, təhlükəli hesab edilən ağaclar kəsilərək götürülür. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin park ərazisində birgə keçirdikləri monitorinqin nəticəsinə əsasən, 70-ə yaxın ağacın budanmasına və 7 ədəd müxtəlif növ  çoxillik, tamamilə qurumuş ağacın kəsilməsinə qərar verilib. Gəncənin vizit kartı hesab edilən, şəhərin ən çox üz tutulan istirahət məkanlarından olan Xan bağında vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilən tədbirlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin çox sayda canlı qüvvəsi və texnikası cəlb olunub. İki gün davam edəcək profilaktik tədbirlər nəticəsində kəsilərək zərərsizləşdirilən ağacların yerinə  Gəncənin simvolu hesab olunan Xan çinarlar əkiləcək.  Analoji tədbirlər şəhərin müxtəlif park və xiyabanlarında, eləcə də yaşayış massivlərində də həyata keçiriləcək.