Şəmkirdə maskalı şəxs evə basqın edib. Ancaq ev sahibinin sayıqlığı oğrunun arzusunu ürəyində qoyub. Cinayətkar soyuq silahla ona yüngül xəsarət yetirib evi tərk etsə də uzağa qaça bilməyib. Ətraflı növbəti videomatarialda.
Xuluf kənd sakini Elçin Atakişiyev Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək maskalı şəxsin onun yaşadığı ünvana qanunsuz daxil olduğunu, sonradan həmin şəxsin ona bıçaqla xəsarət yetirərək qaçdığını bildirib. Zərərçəkənin müraciəti əsasında əməliyyata başlayan polis qısa zaman kəsiyində həmin şəxsin kimliyini müəyən edərək saxlayıb.
Elvin Gözəlov - baş müstəntiq: Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayət hadisəsinin 1998-ci il təvəllüdlü Vəliyev Rauf Yusif oğlu tərəfindən törədilməsi müəyən edilib. Vəliyev tutularaq istintaqa təqdim olunub. Onun cinayət zamanı istifadə etdiyi bıçaq və şarf maddi sübut kimi götürülüb.
21 yaşlı saxlanılan ifadəsində bir müddət əvvəl həmkəndlisinin evində fəhlə işlədiyini bildirib. Evi qarət etmək fikrinə düşüb. Lakin istəyini reallaşdıra bilməyib.
Rauf Vəliyev - saxlanılan şəxs: Evə pul götürmək üçün daxil oldum. 200 manat lazım idi. Onu da götürə bilmədim. Ev sahibi gəldi. Mən də qolundan bıçaqla vurub qaçdım.
Hazırda Rauf Vəliyevin bu kimi başqa cinayətlər törədib törətmədiyi istintaq yolu ilə araşadırılır.
Natiq Hüseyn
- Baxış: 678