Gəncənin daha bir məktəbi əsaslı təmir olunaraq yeni dərs ilində şagirdlərin ixtiyarına veriləcək. Söhbət 18 nömrəli tam orta məktəbdən gedir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yenilənən məktəbdə şagirdlərin təhsillərini daha rahat, müasir şəraitdə davam etdirmələri üçün bütün şərait yaradılıb. Sinif otaqları, idman və akt zalları, yeməkxana lazımi inventarlarla təchiz olunub, yeni qazanxana sistemi qurulub. Məktəblilərin təhlükəsizliyinə müşahidə kameraları vasitəsi ilə nəzarət olunacaq. Müasir tələblər səviyyəsində yenidən qurulan təhsil ocağında işlərin yüksək keyfiyyətli həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır. Şagird kontingenti nəzərə alınaraq yenidənqurma işləri çərçivəsində 280 yerlik yeni korpus da inşa edilib. Hazırda inventarların yerləşdirilməsi və ətraf ərazilərin abadlaşdırılması istiqamətində son tamamlama işləri görülür. Şəraitin yaxşılaşdırılması təhsilin keyfiyyətini yüksəldəcək, əldə olunacaq nəticələrə müsbət təsir göstərəcək.
Azər Hüseynov - iş icraçısı: Görülən işlər çərçivəsində məktəbdə həmçinin 2 ədəd içməli və texniki yanğınsöndürmə hövuzu inşa olunub. qazanxana qurularaq yeni kombi sistemi yaradıldı. Hazırda məktəbin həyətində tamet işləri yaşıllıq zolaqlarının salınması və ağacəkmə işləri görülür. Bu işlərdə 2-3 gün ərzində tamamlanacaq. Təmirimiz standartlara uyğun aparılır. Artıq demək olar ki, son tamamlama işləri aparılır. Inşallah sentyabrın 15 kimi şagirdləri məktəbə cəlb edəcəyik.
- Baxış: 1023