• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2610
— 06.09.2019 15:29

Şəmkir, Gədəbəy və Daşkəsəndə təhsilin vəziyyəti müzakirə olunub

KepezTV Player

Şəmkir, Gədəbəy və Daşkəsəndən olan təhsil işçiləri əldə edilən uğurlar və mövcud nöqsanları təhlil ediblər. Bu il Şəmkirin Talış kəndində modul tipli məktəb binasının qurulduğu, Bayramlı və Qılıncbəyli kəndlərində təhsil müəssisələrinin mövcud binalarının təmir edildiyinə diqqət çəkilib. Gədəbəydə Heydər Əliyev fondu tərəfindən Qoşaqbulaq kənd 2 saylı tam orta məktəbi üçün yeni bina inşa olunur. Köhnə Qışlaq kəndində yeni modul tipli məktəb binası yaradalır. Bu il rayon üzrə 221 nəfər tələbə adını qazanıb. Ali məktəbə qəbul olanlardan 10-u 600 dən yüksək bal toplayıb. Dağ rayonu olan Daşkəsəndə isə 43 nəfər müxtəlif ali məktəbələrə qəbul olub. Konfransda rayonlar üzrə ali məktəbələrə qəbulun nəticələri ilə yanaşı qəbul qeydə alınmayan təhsil ocaqlarının vəziyyəti də təhlil olunub, müvafiq tövsiyyələr verilib.

Natiq Hüseyn