• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 05.09.2019 17:06

Subsidyaların verilməsi yeni qaydalar əsasında müəyyən olunacaq

KepezTV Player

Kənd təsərrüfatının dəstəklənməsi və inkişafı istiqamətində aqrar sahədə fəaliyyət göstərən vətəndaşlara subsidyaların verilməsi yeni qaydalar əsasında müəyyən olunacaq. Ölkə prezidentinin imzaladığı fərmana əsasən bu il ildən etibarən kənd təsərrüfatı istehsalçıları subsidyaları əkin əmsallarına uyğun olaraq əldə edəcəklər. Fermerlərə subsidiya verilməsi müxtəlif bitki növləri üzrə müəyyən olunan əkin əmsallarına uyğun həyata keçiriləcək. Əkilən bitginin növündən asılı olaraq əmsallar baza məbləğinə yəni 200 manata vurulacaq və bu yolla subdisiyalarının məbləği müəyyən ediləcək. Yeni hesablamalar təsərüfatçılara veriləcək subsidyaların məbləğini artırmaqla yanaşı bu sahədə intensivliyi və şəffaflığı təmin edəcək. Əkin əmsalları hər il Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Subsidiya Şurası tərəfindən yenidən nəzərdən keçiriləcək.

Rahil Həsənov Samux Rayonu DAİM-nin direktoru:Ümumiyyətlə subsidyalar dövlətin kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı istehsalı ilə məşğul olan istehsalçıların dəstəklənməsi üçün gördüyü tədbirdi. Mən bir məqamı qeyd edim. Bu ilə qədər ölkə üzrə subsidyaya təxminən 250 milyon manat ayrılırdı. Yeni subsidya sisteminin tətbiqi isə bu rəqəmi təxminən 300 milyona yaxınlaşdırır.