• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 05.09.2019 16:12

Şəmkirdə işaxtaranlar üçün əla fürsət yaranıb

KepezTV Player

Şəmkirdə növbəti əmək yaramarkası təşkil olunub. Dövlət və özəl müəssisələrin təqdim etdiyi vakant yerləri özlərinə münasib bilənlər yarmarkadan maksimum yararlanmağa çalışıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin  tərəfindən təşkil edilən əmək yarmarkasında Şəmkirdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdən vakant yerlər çıxarılıb. Yarmarkada 8 dövlət və 16 özəl müəssisə tərəfindən 322-si qulluqçu, 43-ü isə fəhlə olmaqla 365 iş yeri təklif edilib.

Zeynəb Hüseynova işaxtaran: Eşitdim ki, Şəmkir rayonunda əmək yarmarkası keçiriləcək. Onunla maraqlanırdım iş tapmaq istəyirdim. Gəldim iştirak edtim və Sabirkənd kəndində öz yaşadığım ərazidə iş kitabxanada iş tapdım.

Pərviz Həsənov işaxtaran: Əmək yarmarkasında iştirak etdim. Şəmkir Suvarma Sistemləri İdarəsində mexanizator yeri boş oldu. Göndəriş verdilər.

İş yerləri üzrə minimum əmək haqqı 250 maksimum isə 2207 manat təşkil edib. Gün ərzində özləri üçün münasib iş tapan 98 nəfərə göndərişlər verilib. 21 nəfərin peşə kurslarına, 12 şəxsin ictimai işlərə cəlb olunması üçün qeydiyyatı aparılıb.  

Rauf Məmmədov Şəmkir rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi: İş axtaranlarımız yəqin ki uyğun işlə təmin  olunacaqlar. Məşğul mərkəzi olara qhəmişə iş axtaranların xidmətindəyik. Yarmarka başa çatdıqdan sonra Məşğulluq Mərkəzinin özünədə müraciət edənlərin işlə təmin olunması məsələsinə baxılacaqdır.

Analoji yarmarka rayonda ötən il də təşkil olunub. Əvvəlki illərdən fərqli olaraq bu dəfə dövlət və özəl müəssisələri tərəfindən təqdim edilən vakant iş yerlərinin çoxluğu və əmək haqqlarının yüksək olması diqqəti cəlb edib.

Natiq Hüseyn