• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 05.09.2019 12:25

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi başa çatır

KepezTV Player

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi bu gün başa çatır. Nəticələrin sabah elan olunması nəzərdə tutulur. Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır.