Gəncə Şahmat Məktəbinin 30 ildən çox direktoru olmuş şahmat bəstəçisi Salman Cavadzadənin “Bir şahmatçının memuarı” adlı kitabı çapdan çıxıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrin təqdimat mərasiminə həmkarları, yetirmələri və digər qonaqlar toplaşıb. 200 səhifədən ibarət olan kitabda müəllif tərəfindən toplanmış maraqlı məqalələr, tarixi faktlar, məzəli əhvalatlar, Gəncə şahmatçıları haqda məlumatlar, onların keçirdiyi yadda qalan oyunlar və şahmat məsələləri yer alıb. “Bir şahmatçının memuarı” Nizami yurdunda şahmat məktəbinin tarixini və onun nəticələrini, deməli, həm də Gəncədə bu idman növünün tarixini özündə əks etdirir. Oxucuları kitabı oktyabrda 83 yaşını qeyd edəcək müəllifin özünə doğum günü hədiyyəsi hesab edir.
Azad Rəfi
- Baxış: 686