• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 04.09.2019 16:43

Körpələrə D vitamini düzgün dozada verilməlidir

KepezTV Player

Sümüklərimizin inkişafında mühim rola malik D vitamininin orqanizmdə lazımi səviyyədə olması hamı üçün arzuolunandır. Lakin məsələylə bağlı valideynlər xüsusi diqqətli olmalıdır. Çünki körpələrə vaxtında, düzgün dozada vitamin D vermək bu gün olduqca əhəmiyyətlidir.

Əfsuslar olsun ki, əvvəlki illərlə müqayisədə hazırda azyaşlılar arasında D vitamini çatışmazlığına daha sıx rast gəlinir. Səhiyyə işçiləri məsələylə bağlı həyəcan təbili çalır və problemə vaxtında müdaxiləni tövsiyyə edirlər.

Körpə doğulandan 1 yaşınadək veriləcək D vitaminini təbii şəkildə günəş şüalarından əldə edə bilər. Amma onun ana südünün alternativi sayılan süni qidaların tərkibində də mövcudluğunu unutmamalıyıq.

Sözsüz ki, burada söhbət, mütəmadi şəkildə açıq havada olub, günəş şüasını yetəri qədər qəbul edən körpələrdən gedir. Bununla belə, pediatrlar bildirir ki, uşağa veriləcək vitamin D-nin dozasının düzgün təyin olunması da son dərəcə vacibdir.

Əgər 1 yaşadək körpədə əmgəyinin kənarları boşdursa, onun sümük sistemi zəifdirsə və tez-tez tərləyirsə, həkim özü vitamin D-nin dozasını bilərəkdən müəyyən müddət üçün yüksəldə bilər. İstənilən şəxs onun miqdarının kortəbii şəkildə artırılmasının vitamin D-nin çatışmazlığı qədər təhlükəli olduğunu da unutmamalıdır..