• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1079
— 04.09.2019 16:51

Min bir dərdin dərmanı...

KepezTV Player

Hazırda goranboylu arıçılar bal süzümü ilə məşğuldurlar. Təsərrüfat sahibləri məhsuldarlıqdan razıdırlar. Belə ki, arıçılar bir yeşikdən 10-15 kq bal süzürlər.

Asif Kərimov - Goranboy Rayon Arıçılar Birliyinin sədri: İnsan doğulan gündən bir çay qaşığı bal yesə sağlamlıq problemini həll etmiş olar. Yeganə qidadır ki, mədəyə çatmamış qana keçə bilir. Çöldən dəridən də qoysan bal qana keçir. Bunun kimyəvi tərkibi qana çox yaxındır. Ona görə də xüsusi ilə qan azlığı olan uşaqlar üçün balı vacib sayıram.

Min bir dərdin dərmanı hesab olunan bal insan həyatı üçün çox vacib qidalardandır. Ta qədim zamanlardan indiyədək bal bir çox xəstəliklərin müalicəsində əvəzedilməz vasitədir. Hazırda goranboylu təsərrüfat sahibləri bu zəngin məhsulun toplanması ilə məşğuldurlar.

Şahruda Kərimova - arıçı: Bax görürsüz ki, bu nə qəşəndir. Bunu ramka kimi də eləcədə süzməkdə olar. Bu ramkaya da burdan baxanda görürüəm ki, süzümə hazırdır.

Bir arı yeşiyində təxminən 10-dan 30-dək çərçivə olur ki, bundan da 15 kq-a yaxın bal götürmək mümkündür. Vaxtlı-vaxtında eləcə, də düzgün aparılan qulluq sayəsində arıçıların üzü gülür - bu il məhsul boldur. Hazırda 200-ə yaxın arı ailəsi olan Asif Kərimov il ərzində 4 dəfə yeşikləri müxtəlif ərazilərə aparıb. Arıçı bu il 3 tona yaxın məhsul götürmək niyyətindədir.

Asif Kərimov - Goranboy Rayon Arıçılar Birliyinin sədri: Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarına arı aparıram. Arı çiçəklərdən bal götürür və dah keyfiyyətli olur. İyun ayında Göygölün Zurnabad kəndinə aparıram. Ora Arının inkişafı üçün.çox yaxşıdır. Oradan surtarandan sonra daha yüksək dağ olan Daşkəsən rayonun Əmirvar kəndinə aparıram. Hər iki kəndə isə öz yerim var)) ((K/A)) Goranboy rayonunda 300-ə yaxın arıçı 15 minə yaxın arı ailə saxlayır. Süzülən balın kiloqramı 25-30 manata satılır.

 

Elnur Vahidoğlu