• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 04.09.2019 16:45

Oğurladığı pulla özünə maşın aldı

KepezTV Player

Səbail rayonu Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən oğurluq edilib. Zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsinə müraciət edədək evdə olmadığı müddətdə mənzildən 12500 ABŞ dolları pulun oğurlandığını bildirib. Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanılıb. Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi ənməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində həmin pulla özünə yeni avtomobil aldığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.