• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 04.09.2019 12:15

Marker müəllimlər üçün təlim

KepezTV Player

Gəncədə Dövlət İmtahan Mərkəzi və ABŞ-ın Azərbaycandakı səfiriliyinin birgə əməkdaşlığı çərçivəsində interaktiv təlim keçirilib. Tədbirin təşkili Dövlət İmtahan Mərkəzinin keçirdiyi ingilis dili üzrə buraxılış imtahanlarının nəticələrini yoxlayan müəllimlər və ekspertlər üçün yazı və oxu dərslərinin təşkili, bu dərslərdə qiymətləndirmənin buraxılış imtahanlarına uyğunlaşdırılması, eyni zamanda tənqidi təfəkkürün formalaşdırılması məqsədi daşıyıb. Sentyabrın 22-27-si tarixlərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransına hazırlıq məqsədi daşıyan təlimlər 2 gün müddətinə Gəncə ilə yanaşı, Şəkidə də təşkil olunacaq.

Vəfa Ələkbərova - DİM-in əməkdaşı: Bu assosiasiya 50 ölkədən olan müxtəlif təhsil qurumları, qiymətləndirmə həyata keçirən təşkilatlar üçün qlobal bir forumdur. Bu formda bir çox ölkələrdən ekspertlər dəvət olunub. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin öz əməkdaşlarınında təqdimatları olacaqdır.

Stephen Sableri - Massaçusets Universitetinin doktoru: Bu təlimlərdə biz müəllimlərə oxu dərslərinin təşkili, oxunun qiymətləndirilməsi və bir sıra sahələr üzrə müəllimlərlə işləyəcəyik. Eyni zamanda, yüksək təfəkkürün formalaşdırılması da geniş izah olunacaq. Bizim bu mövzularda çox uzun - təxminən 3 saatlıq sessiyalarımız olacaq və təlimlər ümumilikdə 3 hissədən ibarət olacaq.