• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 03.09.2019 18:35

"Qurd xəstəliyi"ndən necə qorunaq?

KepezTV Player

El arasında qurd xəstəliyi adlandırılan bu bəla xüsusən uşaqlar üçün təhlükəlidir. Bəs əsas risk faktorları hansılardır? Özümüzü necə qoruya bilərik?

Qabil Məmmədov xəstənin yaxını: Nəvəm günlərlə yemək yemirdi, iştahsız olduğunu deyirdi. Arıqlayırdı, qarnında ağrılar olurdu, dişlərini qıcayırdı. Bu əlamətlər bir baba kimi məni narahat edirdi. Oğluma dedim ki, yox sən mütləq bu uşağı həkimə aparmalısan. Getdik, aşkarlandı ki, uşaq sən demə qıl qurtdan əziyyət çəkirmiş. Həkimin müalicəsini düzgün yerinə yetirməyə çalışırıq. Yağlı, duzlu, şirin yeməklərdən onu mümkün qədər uzaq tutmağa çalışırıq.

Bəziləri insan orqanizmindəki parazitlərin  bir o qədər də təhlükəli olmadığını düşünür. Həkimlər isə bu problemə biganə yanaşmamağı məsləhət görürlər.

Tibb işçilərinin sözlərinə görə, parazitar xəstəliklərin sağlamlığımıza təsiri biz düşündüyümüzdən qat-qat çoxdur. Belə ki, bu problem bizim xarakterimizə, davranışımıza da təsir edə bilər.