• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2407
— 03.09.2019 20:31

Arıçılığa maraq artıb

KepezTV Player

Ağstafanın Düzqışlaq kəndində yaşayan Alı  Mehdiyev 20 ildir arıçılıqla məşqul olur. Əvvəlcə 64 arı aliəsi olan təsərrüfatçı sonradan onların sayını 80-ə çatdırıb. Hədəfi isə dövlətin ayırdığı subsdiya hesabına arı ailələrnin sayını 100-ə çatdırmaqdır.

Alı Mehdiyev arıçı:Bu subsidyadan yararlanaraq arı ailələrinin satışı və növbəti arı məhsullarının satışı ilə məşğul olmağa başlamışam. Arı südü propolis arı mumu istehsalı ilə məşğulam.

Arıçı deyir ki, arı ailəsinə baxmaq o qedər də asan iş deyil. Arılara qulluq etməyin özü diqqət tələb edir. Müsahibimiz satışla bağlı məqama da toxundu.

Alı Mehdiyev arıçı: Balımı satmaqda çətinlik çəmirəm. Yarmarkalarda daimi iştirak edirəm. Məni tanıyanlar məhsulumun təmizliyinə inanırlar və onlara satıram.

Hazırda Ağstafa rayonunda 320 arıçı 5732 arı ailəsinə vaxır. Gələn il arı ailələrinin bir qədər də artırılacağı ehtimal olunur.