Gəncənin “Sadılı” və “Natəvan” qəsəbələrinin sakinləri onları narahat edən məsələlərlə bağlı birbaşa şəhərin icra başçısına müraciət ediblər. “Açıq mikrofon” şəraitində keçirilən növbəti səyyar görüşdə işlə təminat, ara yolların təmiri, küçə işıqlandırılması, su və mavi yanaqcağın verilişi ilə bağlı məsələlər üstünlük təşkil edib. Bundan başqa sakinlər bəzi ərazilərdə avtobus dayanacağının quraşdırılmasını, 26 nömrəli marşrut xətti üzrə çalışan ictimai nəqliyyat vasitələrinin sayının artırılmasını xahiş ediblər. Niyazi Bayramov səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
- Baxış: 322