İdmanın müxtəlif növləri ilə müasir tələblər səviyyəsində hazırlıq və adyyatı üzrə yarışların keçirilməsi. Bu Gəncədə tikilməkdə olan İdman sarayı istifadəyə verildikdən sonra mümkün olacaq.
Gəncədə İdman sarayının tikintisinə ötən ilin martında başlanılıb. Ölkə prezidentinin imzaladığı sərəncam əsasında ucaldılan tikili 3 hektara yaxın ərazini əhatə edir və sarayda müxtəlif növ olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu yaradılacaq. Regionun ən böyük idman qurğusu olacaq sarayın 2021-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.
Elman Rəhimov - iş icraçısı: Bu idman qurğusu olduqca böyük qurğudu. Sahəsi 1,2 hektar ərazini əhatə edir. Hazırda gördüyünüz kimi 3-cü mərtəbənin dəmir beton işləri görülür. Işləri vaxıtnda əvvəl təhvil verməyi planlaşdırırıq. Burada yüksək keyfiyyətli materiallardan istifadə olunur. İşin keyfiyyətinə həm fövqəladə hallar nazirliyi həm də layihə rəhbərləri daim nəzarət edirlər.
İdman sarayı istifadəyə verildikdən sonra Gəncənin nüfuzlu turnirlərə ev sahibliyi edəcəyi şübhəsizdir. Bu isə həm idman, həm də turizmin iunkişafına mühüm töhfə olaraq dəyərləndirilir.
Ölkənin idman ictimayətinə hər zaman böyük idmançılar bəxş edən Gəncədə yeni idman sarayının tikintisi bu sahənin inkişafına daha da təkan verəcək və yeni naliyyətlərin əldə olmasına imkan yaradacaq.
- Baxış: 591