• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 02.09.2019 12:26

Gəncədə 20 küçə asfaltlanıb

KepezTV Player

Gəncədə praspekt və küçələrinin asfaltlanması işləri davam edir. Şəhərdə su və kanalizasiya xətlərinin yenilənməsi zamanı qazılan küçələrdən Nəriman Nərimanov, eləcə də Gülüstan qəsəbəsində olan ara küçələrdə yol yenilənir. Eni 9 metr, uzunluğu 1 km olan Dədə Qorqud küçəsində isə asfalt örtüyünün alt qatı salınıb. Ərazidə köhnə asfalt örtüyü çıxarılıb. Həmçinin paralel olaraq küçənin hərəkət zolağının sağ və sol hissələrində eni 1-2 metr olan piyadaların hərəkət etdiyi səki də asfaltlanır. İşləri “Gəncə Körpü Tikinti” ASC-nin 20 ağır texnikası eləcə də 60-ə yaxın canlı qüvvəsi həyata keçirir. Küçənin asfaltlanması işi 1 həftəyə tam başa çatacaq. Paralel olaraq yol kənarlarıda abadlaşdırılır, küçələrin işıqlandırılması üçün müasir sistem quraşdırılır.

Ceyhun Bediyev - sahə rəisi: İsmət Qayıbovda işlərimiz gedir. Su kanalzasiya xətti qurtaran yerə 500 metr asfalt çəkilib. Nəriman Nərimanovda da çəkilən su kanalzasiya xəttinin çəkilən yerlərinə də asfaltın alt qatı qoyulub. Ondan sonra üst qatı çəkiləcək. İşlərimiz həmin ərazilərdə gedir. Orada həmçinin səki daşları da qoyulur. Eləcədə bərbad olan daşlar yenilənir.