• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 31.08.2019 17:02

Toğrul Əsgərov mundialı buraxa bilər

KepezTV Player

Azərbaycanın ən titullu güləşçilərindən sayılan olimpiya çempionu və mükafatçısı Toğrul Əsgərovun gələn ay ölkəmizi Qazaxıstanda keçiriləcək dünya çempionatında təmsil etməsi sual altındadı. Buna səbəb onun zədələnməsidi. Uzun fasilədən sonra bu ilin əvvəlindən məşqlərini bərpa edən gəncəli güləşçi avqustun ilk günlərində Gürcüstanda keçirilən qran-pridə xəsarət alıb. Bundan sonra yarışa davam edə bilməyən sərbəst güləşçi bu günlərdə milli komandanın Göygöldə keçirilən təlim-məşq toplanışında da iştirak edə bilməyib.

Orxan Cəfərzadə