Hazırda diş əyriliklərinin əvəzolunmaz müalicə üsulu breketdir. Bəs breket nə zaman taxılmalıdır? Hansı halda effektiv nəticə əldə etmək olur? Sualların cavabı növbəti materialımızda.
Diş əyriliklərinin yaranma səbəbi uşaq yaşlarından başlayır. Ortodontların sözlərinə görə körpə uşaqlarda əmzikdən uzun müddət istifadə, süd dişlərinin yerini daimi dişlərə verərkən qeyri müəyyən yerləşmə də buna əsas səbəbdir. Həmçinin anadangəlmə diş əyriklikləri də mövcuddur. Bu əyriliklər üst və alt çənədəki deformasiyadan tutmuş, dişlərin çarpazlaşmasına qədər müxtəlif cür formalarda ola bilər.
Orxan Tağıyev - ortodont: Əmzik daha uzun müddət istifadə olnduğu üçün damaq tağında sorma refleksi ilə əalqəli oalraq hündürləşmə olur. Üst dişlər yaxınlaşdığına görə üst çənə qabağa gəlir. Patologiya daha dərindirsə daha tez məşğul olmaq lazımdır ki, breket müalicəsində işmiz daha da çətinləşməsin. Bundan ötrü plastinka, kappalardan istifadə olunur. Defektlərin aradan qaldırılmasında kappalar bizim tam köməyimizə çata bilmir. Çünki breketlər hər bir diş üzərinə individual olaraq qüvvəni ötürə bilir)). Breket müalicəsinin yaşı individual olaraq dəyişir. Çünki hər bir uşağın yetkinlik yaşına çatma dövrü müxtəlifdir. Onların fiziki inkişafı sümük-əzələ sisteminin inkişafı ilə əlaqəlidir. Yaş artmasının breket müalicəsinə müddət baxımından təsiri var.
Orxan Tağıyev - ortodont: Diş əyriliklərində əvəzolunmaz metod breketdir. Normalda 11, 12, 13 yaşda başlanılır. Uşaqlarda breket müalicəsində dişi müəyyən istiqamətdə hərəkət etdirdiyimiz zaman dişin ətrafındakı sümük toxumasında deformasiya yaranır. Amma uşaqlarda bu tez bərpa olur. Yaşlı insanalrda isə sümükdə dformasiya yarananda bunun bərpa olunması gecikir və buna müdaxilə olunana ortondik müalicəyə fərqli yanaşılır. Çünki dagha çox qüvvə verilməsin ki, daha sonra fiş itkisi olmasın)). Hazırda insanlar arasında belə bir fikir formalaşıb ki, yaş artdıqdan sonra breketdən istifadə etmək sinirlərin gərginləşməsinə gətirib çıxara bilər. Ancaq ortodontlar bu qənaətdərilər ki, əgər şəxsdə bruksizm- dişləri qıcama xəstəliyi yoxdursa heç bir problem yarana bilməz. Dişlərimizi, ən əsası özümüzü qoruyaq.
- Baxış: 886