Gəncəçay bulvarında inşa edilən yeni dram teatr binasında işlər sürətlə davam etdirilir. 6 mərtəbədən ibarət olacaq tikilinin hazırda sonuncu mərtəbəsinin dəmir-beton işləri görülür. Bununla yanaşı binanın aşağı mərtəbələrinin fasad hissəsi bəzək daşları ilə üzlənir. Binada 500 nəfərlik tamaşaçı zalı, aktyor heyətinin dincəlməsi, qrimi üçün otaqlar, eləcə də kafe yaradılacaq. Bundan başqa, obyektin ərazisində qazanxana, transformator və yardımçı qurğular da inşa ediləcək. Tamaşaların yüksək səviyyədə nümayişi üçün fırlanan səhnə, müasir işıqlama sistemi, məşq otaqları üçün inventarlar, texnikia və avadanlıqlar da gətirilib. Gəncənin ümumi görnüşünə əlavə gözəllik qatacaq binanın gələn ilin əvvəlinə kimi təhvil verilməsi nəzərdə tutulur.
Zirəddin Hacıyev - texniki nəzarətçi: İşlərimiz olduqca keyfiyyətli aparılır. Həm materialların alınmasında onların sertifikatlı olmasına həm şirkət tərəfindən həmdə sifarişçi tərəfindən nəzarət olunur. Bildiyiniz kimi 500 nəfərlik böyük bir zal olacaq burada. Konfrans zalı var,bundan başqa içəridə muzey nəzərdə tutulur, tamaşaçıların xoş istirahəti üçün müxtəlif iaşə obyektləri nəzərdə tutulur. Bir sözlə burada şəhər sakinlərinin və qonaqların gəlib gözəl istirahəti üçün mükəmməl bir dram teatr tikilir Gəncədə.
- Baxış: 879