• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 30.08.2019 12:46

Yeni salınan yaşayış massivi qazlaşdırılıb

KepezTV Player

Şəmkir rayonunun Qaracəmirli kəndində yeni salınmış yaşayış massivi təbii qazla təmin olunub. Bir pilləli sistem əsasında 7 km-dən artıq daşıyıcı və paylayıcı qaz xətti çəkilərək 59 mənzilə fərdi qaz tənzimləyicisi və sayğac quraşdırılıb. Bununla da kənddə təbii qaz alan abonentlərin sayı 1261-ə çatıb. Bu münasibətilə kənddə təşkil edilən mərasimdə Şəmkirdə 66 yaşayış məntəqəsində 59-nun qazlaşdırıldığı və 45 min 243 abonentin mavi yanacaqdan istifadə etdiyinə diqqət çəkilib. Rayon üzrə qazlaşma səviyyəsi 89,4% təşkil edir. Növbəti il rayonda daha bir neçə yeni salınan yaşayış məntəqələrinin mavi yanacaqla təchiz ediləcəyi planlaşdırılıb. Abonentlərin fasiləsiz və normal qazla təchiz edilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb. Rəsmi hissədən sonra rəmzi məşəl alovlandırlıb evlərdə qaz sobası yandırılıb.