• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 29.08.2019 12:13

Sosial Layihələr Müsabiqəsinə qoşulun!

KepezTV Player

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fəal gəncləri 2019-cu il üzrə “Sosial layihələr” müsabiqəsinə qoşulmağa dəvət edir. Elə bu məqsədlə Gəncədə Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub. Müsabiqədə iştirak etmək üçün lazımi məlumatlar verilib, bir çox sual doğuran məsələlərə aydınlıq gətirilib. Təşkil olunan müsabiqəyə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları, ali, peşə və orta ixtisas təhsili müəssisələri, könüllülər hərəkatları, tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları layihələr təqdim edə bilər. Şərtlərə görə, müsabiqəyə cəmiyyət üzvlərinin sosial, intellektual, mənəvi inkişafının təmin edilməsi, təbiətin, ətraf mühitin mühafizəsi, cəmiyyətdə tolerant, inklüziv mühitin qorunması, eləcə də bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüslər və digər məzmunlu layihələr qəbul edilir. İştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 1 avqust 2019-cu il tarixdən etibarən, elektron qaydada “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində 20 noyabr 2019-cu il saat 18-dək həyata keçiriləcək. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.