Gəncədə orta məktəb müəllimləri üçün “İxtisas sahəsi üzrə təlim modulu” adlı ixisas artırma təlimi keçirilir. Təhsil Nazirliyinin xətti ilə keçirilən təlimdə şəhərin 46 məktəbindən 560 pedaqoq iştirak edir. Riyaziyyat, Azərbaycan dili və Ədəbiyyat, Tarix, Coğrafiya, Kimya, Bialogiya fənlərinin müəllimlərinə 22 qrupda təcrübəli təlimçilər dərslər keçir. 120 saat olmaqla 20 gün nəzərdə tutulan təlimdə məktəbdaxili qiymətləndirmənin metodikası, yazı işinin təşkili sahələri izah olnur. Həmçinin ixtisas artırmı sahəsində qiymətləndirmə ilə bağlı yeniliklər, farmativ və summativ qiymətləndirmədə yeni üsul və metodlar da iştirakçılara izah edilir. Təlimin sonunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnistitutu tərəfindən imtahan keçiriləcək və iştirakçılara Təhsil Nazirliyi tərəfindən təstiq edilən sertifkatlar veriləcək.
Səidə Tağızadə - layihənin koordinatoru: Bu təlimlərdə iştirak edən müəllimlər diaqnostik qiymətləndirmədə ixtisas balı üzrə 25 baldan aşağı toplayan müəllimlər cəlb olunub. Müəllimlər burada dərin biliklərə yiyələnəcəklər bu bilikləri dəs dediklər məktəblərdə təcürbələrini müəllim və şagirdlərlə böləcəklər.
Söhrab Hacıyev - Gəncə şəhər Metodik Mərkəzinin direktoru: Ümum təhsil məktəblərində dərs keçən müəllimlərin ixtisasını artırmaqdı. Məqsəd müəllimlərin gələcəkdə bilik və bacarığını artırılmasına yönəldilən təlim formasıdır.
Lalə Cəfərova - iştirakçı: Yeni krikulum metodların, yeni təlim metodlarının daha yeniliklərini öyrənməyə çalışırıq. Təlimçimizdə çox sağ olsun bunları bizə dərindən öyrədir.
- Baxış: 884