• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 29.08.2019 12:26

Tələbə adını qazanan məzunlar mükafatlandırılıb

KepezTV Player

Göygöl rayonunda ali və orta ixtisas məktəblərinə qəbul olunan məzunlarla görüş keçirilib. Son illər rayonda təhsil ocaqlarının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və əldə olunan uğurlardan danışıblar. Ötən dərs ilində Üçtəpə kəndində yeni məktəb binasının inşası və bir neçə təhsil ocağının təmiri tədrisin kefiyyətinə öz müsbət təsirini göstərib. Hazırda Əzgilli kəndində 20 yerlik modul tipli məktəb binası qurulmaqdadır. Ötən dərs ilində rayon üzrə 440 məzun ali və orta ixtisas məktəblərinə sənəd verib. 236 nəfər ali, 37 məzun isə orta ixtisas məktəblərinə qəbul olunub. Tələbə adının qazanan məzunlardan 42-si 500-700 arası, 10 nəfər isə 600-dən yüksək bal toplayıb. Sevindirici haldır ki, bu il rayon mərkəzi ilə yanaşı dağ kəndlərində fəaliyyət göstərən təhsil ocaqlarından da ali məktəblərə qəbul qeydə alınıb. Natiqlər tələbə adını qazanan məzunları təbrik edib onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Sonda tələbələrə rayon icra hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.