• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2417
— 28.08.2019 17:32

92 sürücü havanı çirkləndirdiyi üçün cərimələnib

KepezTV Player

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobillərin hədəf alındığı avqustda Gəncədə də reydlər davam edir. "Təmiz hava” aylığı çərçivəsində qayda pozan 92 sürücü cərmələnib.

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində növbəti reyd Heydər Əliyev prospektində təşkil edilib. Avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı şöbənin əməkdaşları tərəfindən xüsusi avadanlıqla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edərək atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanuna müvafiq tədbirlər görülüb. Reyd zamanı 20-ə yaxın avtomobil yoxlanışdan keçirilib və 4 avtomobildə normadan artıq zəhərli qazın ixrac edildiyi aşkar edilib.

Həmçinin yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılıb, hüquq və vəzifələr də izah olunub.

Hacı Həsənov - Gəncə şəhər DYP şöbəsinin baş inspektoru: Nəqliyyat vastələrinin sürücülərinə tövsiyyəmiz ondan ibarətdir ki, idarə etdiyi nəqliyyat vastələrinin sazlığını təmin etsinlər, mühərrikin sazlığı normal olarsa dəm qazının miqdarın da artım müşahidə oluna bilməz. Bu sahədə nəqliyyat vastələrini müvafiq avto təmiri məntəqələrinə təqdim etməli onun sağzlığını təmin etməlidirlər.

Nasaz nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinə əsasən 50 manat cərimə edilib və onlara pratakollar yazılıb.