• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 28.08.2019 17:37

1001 dərdin dərmanı Qərb bölgəsində yetişdirilir

KepezTV Player

Füsunkar və cəzbedici qoxusu ilə tanınan lavanda bitkisi bu gün həm parfumeriyada, həm də tibbdə geniş istifadə olunur. Faydaları saymaqla bitib-tükənməyən çoxillik bitkinin Vətəni Aralıq dənizi sahilləri sayılsa da, artıq o bir neçə müddətdir ki, Azərbaycanda, daha dəqiq desək, qərb zonasında da yetişdiridilir.

4 il əvvəl Qərb bölgəsində Arıçılıq Mərkəzi yaradılanda kollektivin qarşıya qoyduğu əsas hədəflərdən biri bu sahədə inkişafa nail olmaq idi. Keyfiyyətli yem bazası sayəsində yaxşı məhsuldarlıq əldə etmək hər bir aspektdən, asan və mümkün görünürdü. Bu baxımdan, təsərrüfat sahibləri bal verən bitkilər arasında lavandanı Azərbaycanda yetişdirə bilmək məsələsini gündəmə gətirdilər. Tədqiqatçılar araşdırma üçün Türkiyənin Sparta şəhərinə yollandılar və müsbət nəticə ilə geri döndülər. Təsadüfi deyil ki, sözügedən çoxillik bitki, hazırda ölkəmizdə iki regionda əkib-becərilir.

Allahverdi Seyidov - Arıçılıq Mərkəzinin rəisi: Zaqalatada 20 hektardan çox ərazidə lavanda əkib-becərilir. Amma Gəncə-Qazax bölgəsində ilk dəfə olaraq, biz arıxanada hektar yarım ərazidə sınaqdan keçirdik. Çox yaxşı nəticə göstərir. Dünyada lavandanın çoxlu cinsləri var. İspaniya, İtaliya, Frasna və digərləri. Bunların içərisində ən keyfiyyətli lavandula anqsfoliya cinsi hesab olunur. Məhz bu lavanda bütün dünyada parfumeriya sahəsində liderlik edir.

Daşlı, çınqıllı, kirəcli, şoran torpaqlarda yaxşı yetişən lavanda bitkisi dəniz səviyyəsindən minimum 200, maksimum 1500 metrə qədər yüksəklikdə istənilən ərazidə özünə arial təşkil etmək imkanına malikdir. Gübrəyə, suya az ehtiyacı olan lavanda minimal aqrotexniki qulluq tələb edən bitkilərdəndir. Qısa zaman kəsiyində yüksək gəlir əldə etmək istəyənlər şəxsi təsərrüfatlarında seçimlərini lavandanın üzərində etsələr, əsla uduzmazlar.

Allahverdi Seyidov - Arıçılıq Mərkəzinin rəisi: Bir hektardan ərazidən 400 kiloqram, 8-10 litr və yaxud bir hektardan 10 tona qədər lavanda çiçəyi almaq mümkündür. 1 hektardan ən azı 80 litr lavanda yağı əldə etmək mümkündür. dünya bazarında 1 litr lavanda yağının qiyməti 120-200 evro arasında dəyişir. Hesabat aparsaq, 1 hektardan ortalama 15 min manata qədər gəlir əldə etmək olar. Xərcləri çıxsaq əgər, 1 hektardan ən azından 9-10 min vəsait əldə etmək mümkündür.

Tərkibi efir yağları ilə zəngin olan lavanda suyu antiseptikdir, sinir sistemini sakitləşdirir, eyni zamanda kosmetoloji vasitə kimi istifadə olunur. Dünyaca məşhur lavanda balları ilə bu gün bir sıra qaraciyər xəstəlikləri, hepatit B və C-nin müalicəsində effektik nəticələr əldə edilir.

Allahverdi Seyidov - Arıçılıq Mərkəzinin rəisi: Nəinki arıçıları hətta evdar xanımları da lavanda yetişdirməyə dəvət edirəm. Hər bir kəsin kənd yerlərində həyətyanı sahələri var. Lavanda yağı almaq üçün bizim Arıçılıq Mərkəzində və Zaqatalada gül yağı zavodunda bunu qəbul etmək imkanlarımız var. Mənə elə gəlir ki, bu faydanı görən hər bir kəs lavanda becərərək, öz iqtisadi durumunu dəyişəcək. Azərbaycan arısı keyfiyyətli bala sahib olacaq. Və tursitlər ölkəmizdə daha baxımlı kənd təsərrüfaftı sahələrini görə biləcəklər.)) ((K/A)) Gələcəkdə Arıçılıq Mərkəzində maaarifləndirici kurslar təşkil olunacaq. Bu yolla nəinki arıçılar, adi insanlar belə lavanda bitkisini yetişdirmək üçün lazımi biliklərə yiyələnəcəklər.