Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimləri rayonlarda marifləndirici elmi praktiki seminarlara start verib. İnstitutun alimləri tərəfindən əldə olunan 13 rayonlaşmış və 9 perspektivli sortlar Aqrar Elm və İnnovasiya Mərkəzlərinin sahəsində becərilir. Məqsəd institutun alimləri tərəfindən əldə olunan yerli pambıq sortların nümayişi və gübrələrin suvarmalara uyğunlaşdırılaraq verilməsinin məhsuldarlığa müsbət təsirini fermerlərə izah etməkdir. Tərtər rayon Elm və İnnovasiya mərkəzində keçirilən tarla günündə mütəxəssislər, Ağdam, Yevlax, Goranboy, Bərdə və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Tərtər RİHB aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin nümayəndəsi və pambıqçılıqla məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Tədbirdə fermerlərə torpağın gübrələnməsinin əhəmiyyəti, bol məhsul əldə etmək üçün makro və mikro gübrələrdən istifadənin zəruruliyi izah edilib. Analoji tədbir Beyləqan və Cəbrayıl rayonun Cocuqmərcanlı kəndində həyata keçiriləcək.
Elçin Xəlilov - BMTBETİ-nin direktor əvəzi: Bu pambıq sortları torpaq iqlim şəraitinə uyğunlaşmışdır. Eyni zamanda onların məhsuldarlığı çox yüksəkdir. Tez yetişir. Xarici sortlaın vegetasiya müddəti uzundur. 100-130 günə bərabərdir. Yerli sortlarda isə bu rəqəm 80-110 gündür. Bu sortlar xarci soirtlarla hibridləşmə nəticəsində alınıb. Son 2 ildə BMTBETİ-də Gəncə 182 və Gəncə 132 sortları rayonlaşmışdır.
- Baxış: 894