Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Azərbaycanda dövlət-din münasibətlərinin əsas prinsiplərindən birinin milli-mənəvi dəyərlərin qorunub saxlanılması olduğu və bu istiqamətdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib. Ənənəvi İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının vacibliyinə toxunulub. Tolerant, multikultural ənənələrin təbliği və təşviqinin dini radikalizmə, xurafat elementlərinə qarşı mübarizədə rolu vurğulanıb. Eyni zamanda, Məhərrəm ayında keçiriləcək dini mərasimlər zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyini önə çəkilib. Seminar-müşavirə müzakirələrlə işini yekunlaşdırıb.
- Baxış: 803