• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 28.08.2019 12:14

Əhali elektrik enerjisi sarıdan əziyyət çəkməyəcək

KepezTV Player

Tovuzda 35 kilovoltluq Böyükqışlaq hava xətti və dirəklər yenisi ilə əvəz olunub. Əhalinin çoxsaylı müraciəti nəzərə alınaraq Azərişıq rayonun Böyük Qışlaq, Çatax, Qaradaş, Çeşməli və Həsənli inzibati ərazisinə daxil olan 21 kəndində yenidənqurma işləri aparıb.

Pərviz Namazov - Tovuz Elektrik Şəbəkəsinin baş mühəndisi: 34 kilovoltluq Böyükqışlaq hava xətti 1984-cü ildən istismardadır. Keçilməz dağ əraziləri və əlverişsiz hava şəraiti xəttin istismara yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Cari ilin avqust ayı ərzində xəttin yenidən qurulmasına başlanılmışdır. Xəttə 34 ədəd yeni dayaq, 21 min metr yüksək gərginlikli naqil dəyişdirilərək xətt yenidən qurulmuşdur. Bu da qış aylarında əhalinin fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təminatında və sənayenin inkişafında xüsusən də dağ turizmin inkişafında öz müsbət təsirini göstərəcəkdir.

Görülən işlər nəticəsində 1711 abonentə elektrik enerjisinin fasiləsiz və dayanıqlı şəkildə verilişi təmin edilib.

Həzərxudu Əliyev - Böyük Qışlaq kənd sakini: işıqlarımız indi normaldı. Əvvəllər xətlərimiz çox aralıydı, qırılırdı. Allah prezidentimizə ömür versin bütün şəraiti yaradıb. Həm işıq idarəsinəhəm əhaliyə köməkdarlıq edir, indi işıqlarımız normal yanır.

Ədalət Məmmədov - Böyük Qışlaq kənd sakini: Baxsaz görərsiz 35 minlik dayaqlarımız var idi. O dayaqların arası elə yer var idi ki, 600-700 metr aralıydı. Qış olan kimi, qar yağan kimi o məftillər qarın ağırlığına dözməyərək qırılırdı. Elə olurdu biz həftələrlə işıqsız qalırdıq. Indi həmin dayaqlar dəyişdirilib, yaxınlaşdırılıb və indi işıqlarımız çox gözəl yanır.

Bununla yanaşı Tovuz rayon elektrik şəbəkəsi rayonun Əyyublu və Əhmədabad kəndlərinə də elektrik enerjisinin verilişini yaxşılaşdırır. Yaxın günlərdə işlərin icrasına başlanılacaq. Payız-qış mövsümünə hazırlıq məqsədi ilə şəbəkənin balansında olan bütün texnikalara baxış keçirərək saz vəziyyətə gətirilib, lazımı materialların tədarükünə başlanılıb. Görülən işlər nəticəsində, istənilən hava şəraitində rayonun elektrik enerjisi təchizatında problemin yaşanmayacağı praqnozlaşdırılıb.