• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 27.08.2019 20:38

Ağstafada silah-sursat tapılıb

KepezTV Player

Rayon sakini DİN-in "102" Xidməti - Zəng mərkəzinə zəng edərək bildirib ki, rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlayıb.Faktla bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “TOZ -8” markalı tüfəng, 1 ədəd “TİR” tapançası, 1887 ədəd və 4 ədəd avtomat darağı, 2 ədəd “F-1” əl qumbarası və 3 ədəd partlayıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Əl qumbaralarının tapıldığı yerdə əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.Faktla bağlı araşdırma aparılır.