• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 27.08.2019 20:39

Gəncədə Taxta bazarında yanğın olub

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağrış elan edilib. Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 01:16-da söndürülüb.