Yeni tədris ilində Göygöl rayonunun 50 məktəbində ümumilikdə 11 min şagird oxuyacaq. Bu şagirdlər üçün Təhsil Nazirliyi tərəfindən 170 adda 27 min 286 dərslik göndərilib. Həmçinin rayonun 1800 müəllimi üçün də 63 adda 1456 ədəd dərs vəsaiti verilib. Göndərilən bütün kitab və dərs vəsaiti rayon məktəblərinin kitabxanalarına göndərilib. Hazırda yeni dərs vəsaitlərinin kitabxanalarda seçilərək çeşidlənməsi və möhürlənməsi prosesi gedir. Bununla paralel orta məktəblərdə dərs vəsaitlərinin müəllim və şagirdlərə verilməsinə də başlanılıb. Proses sentyabırın 5-nə kimi tam yekunlaşacaq. Rayonda 38 tam, 10 ümümi, 1 lisey, 1 ibtidai məktəb, eləcə də 2 məktəbdən kənar təhsil müəsisəsi var.
Söhrab İsayev 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Göygöl rayonu üzrə aparıcı məsləhətçisi: Kitablar təlabata uyğun verilib. Ötən illərdən də kitablar verilib, bu il yeni kitablar verilib. Kitab çatışmamazlığımız bu günə kimi müəyyən olunmayıb. Əgər dərs ili başlayana kimi müəyyən olunarsa Ərazi Maliyyə Hesablaşma Mərkəzinin anbarında kitab fondu yaradılıb. Həmin fonddan da çatışmamazlıqlar aradan qaldırılacaqdı. Ucqar dağ kəndlərimiz Əzgilli ibtidai məktəbi, Tülallar ümumi orta məktəbi var. Belə məktəblərin hər birinə kitablar çatdırılıb
Südabə Əliyeva 3 saylı orta məktəbin kitabxana müdiri: Məktəbimizə 2100 kitab gətirilib. Hazırda çeşidlənmə işləri gedir. Tamamlanandan sonra nazirliyinin qərarına müvafiq olaraq sinif rəhbərlərinə veriləcəkdi. Onlarda şagirdlərə çatdıracaqdı. Heç bir problemimiz yoxdu.
- Baxış: 345