• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 27.08.2019 20:35

50 minədək sakinin işi asanlaşır - yol yenidən qurulur

KepezTV Player

Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Bir-neçə istiqamət üzrə yenidən qurulan 51 kilometrlik yolun 15 kilometrlik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Qalan 36 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Həmçinin 36 kilometrlik yolun 15,1 kilometri asfalt-beton, 20,9 kilometri isə çınqıl örtüklü olmaqla inşa edilir. Avtomobil yolunun digər 17,3 kilometrlik hissəsində isə hazırda yenidənqurma işləri aparılır.Son mərhələdə isə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkiləcək.50 minədək əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə sakinlərin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq.