Bütün torpaq və hər növ iqlim şəraitində becərilən bitki amarant. Bu bitki yüksək yem dəyərinə görə digərlərini qabaqlayır. Amma təəssüf ki, ölkədə bu bitkiyə maraq çox aşağı səviyyədədir.
Heyvandarlığın inkişaf etdirilməsi və məhsuldarlığın artırılmasında yem təminatı mühüm rol oynayır. Odur ki, yeni yem bitkilərinin axtarılması və öyrənilməsi müasir dövrün aktual məsələlərindəndir. Belə bitkilərdən biri hazırda dünyada geniş tədqiq olunan və BMT-nin ərzaq komissiyası tərəfindən XXI əsrin mühüm kənd təsərrüfatı bitkisi kimi qəbul edilən amarantdır.
Kamandar Daşdəmirov - ADAU-nun professoru: Ölkəmizə 80-ci illərdə gətirilib. Çox xeyirli bitkidir. Bunun təkibi zülallarla, mineral maddələr, vitaminlərlə çox zəngindir. Ona görə bunu yemçilikdə istifadə etmək daha məqsədə uyğundur. Həmçinin qida məqsədilə insanlar qida rasionuna da daxil edilə bilər. Tərkibində skvalen və doymuş yağ turşuları ilə zəngindir. Bu xərçəng xəsətliyinin qarşının alır.
Bu bitkinin kənd təsərrüfatının müxtəlif istiqamətlərində istifadəsi heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının rentabelli inkişafına, məhsul istehsalının artırılmasına əvəzsiz töhfə verə bilər. Amarantın yaşıl kütləsi bütün ev heyvanları üçün qüvvəli yemdir. Qida rasionuna bu bitkinin əlavə edilməsi heyvanların say artımına, əldə olunan məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinə və eyni zamanda, çəkilən xərclərin maya dəyərinin aşağı salınmasına müsbət təsir edir. Əgər qida üçün ümumi yem məhsullarına 25 faiz amarant bitkisinin yaşıl kütləsi əlavə edilərsə, cücələrin inkişafı 2-3 dəfə tezləşir. Yaşıl kütlədən senaj, silos da hazırlanır.
Kamandar Daşdəmirov - ADAU-nun professoru: Bunun dənində olan zülal buğdadan, arpadan, digər yem bitkilərindən çoxdur. Həm də asan mənimsənilən zülaldır. Yaxşı oları ki, dövlət səviyyəsində bu fermerlərə təbliğ olunsun. Taxıldan 1 hektardan 5-6 dəfə çox məhsul verir. əsasən heyvandarlıqda qüvvəli yem kimi yoncaya, sorqoya qatıb heyvanlara yem bitkisi kimi verirlər. Ancaq çox az istifadə olunur. Geniş istifadə olunsa süd, ət artımına nail olmaq olar. Amarant yağının 1 kq-ı 2000 dollardır. Bu yanıq və xərçəng xəstəliyinin müalicəsində əvəzi yoxdur. Onun heç bir ziyanı yoxdur.
Amarantın ölkədə əkin sahələri çox azdır. Əsasən təcrübə məqsədilə əkilir.
- Baxış: 1055