• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1550
— 26.08.2019 18:35

Valideynlərin nəzərinə, qəbul başladı

KepezTV Player

Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Gəncə şəhəri üzrə yeni tədris ilində 46 orta məktəbdə 165 qrupda 3378 uşağın qeydiyyatına start verilib. Bu uşaqlardan 622 rus bölməsində təhsil ala biləcək. Gəncə şəhər təhsil idarəsi ilə yanaşı şəhərin 16, 25, 26 və 41 nömrəli tam orta məktəblərində də alternativ qəbul mərkəzləri fəaliyyət göstərir. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti sentyabrın 2-dən 27-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu sentyabırın 25-dək davm edəcək. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatır.

Aynur Həsənova - Gəncə şəhər Təhsil İdarəsinin metodisi: Sənəd qəbulu edu.az saytında vətəndaş sərbəst şəkildə elektron saytına daxil olur.Valideyn öz şəxsiyyət vəsiqəsinin və övladının şəxsiyyət vəsiqəsinin pin kod nömrəsini yazmaqla övladını istədiyi ümümtəhsil məktəbinin hər hansı birinə qeydiyyata alıb və övladının təhsil almasını təmin edə bilər.

Rauf Mirzəyev - valideyn: Uşağı hansı məktəbə istəyirsənsə həmin məktəbdən keçirə bilirsən. Ərizənidə hazır variantda çıxardırsan ki, seçdiyin məktəbə verəsən. Çox asanlıqla keçdim, 1 nömrəli məktəbə heç bir problem olmadı.