Dekorativ tətbiqi sənət Azərbaycanın ən qədim xalq sənəti növlərindən biridir. Vaxtı ilə Gəncədə də bu sənət növü ilə məşğul olanlar olsa da indi yalnız bu sənəti bir nəfər yaşadır. Təqdim edəcəyimiz sujetdə o ustanı daha yaxından tanıyacaqsız.
Sona Məhərrəmova DekorativTətbiqi sənətlə 8 ilə yaxındır məşğul olur. Bu sənət ona oymaçı rəssam olan atasından keçib. O, dekorativ tətbiqi sənət növünün sirlərini, incəliklərini Rusiyada öyrənib. Azərbaycan Rəssamlar İttifaqının DekorativTətbiqi sənət bölməsinin üzvü olan Sona Məhərrəmova 100-dən çox dövlət əhəmiyyətli yerli və beynəlxalq sərgilərin iştirakçısı olub. Dekorativ tətbiqi sənətinə daxil olan bədii tikmə, bədii şüşə, təsviri incəsənət, kvilinq, dekubaj, qarşıq texnika, simli sənət növləri ilə də məşğul olur.
Sona Məhərrəmova - dekorativ tətbiqi sənət ustası: İlk dəfə olaraq Gəncədə dekbaj, bədii şüşə sənəti və kvillinqlə mən məşğul oluram. Əsərlərimdə Azərbaycanın milli atributlarını butanı əks etdirirəm. Azərbaycanda çox az yayılmış yumurta qabığı üzərində rəsmləri çəkirəm. Qarabağ xalçalarını işləyirəm. Qarışıq texnikalı gəlinciklərin üzərində işləyirəm.Azərbaycanın minatürlərini əks etdirirəm. Sahibkar Qadınlar İctimai Birliyinin üzvüyəm. Birlikdə Sahibkar Qadınların təşkil etdiyi sərgilərdə də iştirak edirəm.
Dekorativ tətbiqi sənət ustası bu sənətin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün Gəncə şəhər Gənclər evində kurs da açıb. Artıq bir ildir fəaliyyət göstərən dərnəyin 25 üzvü var və burada dekorativ tətbiqi sənətin incəlikləri öyrənilir.
Gülçin Mehdiyeva - tələbə: Gəncə şəhər Gənclər evində Dekorativ tətbiqi sənət kursubda oxuyuram. Bir ildir ki, kursda oxumağıma baxmayaraq müəllimənin könüllüsü seçilmişəm.Bir çox fəaliyyətlərim var. Yerli və beynəlxalq sərgilərdə iştirak etmişəm.Gələcək arzum dekorativ tətbiqi sənət müəlliməsi olmaqdı.
Bu günədək Dekorativ tətbiqi sənət ustasının 2 fərdi sərgisi olub. Avqustun 30-da isə ilk dəfə tələbələri ilə birlikdə “Əlvan yay sərgisi” adlı açıq səma altında sərgisi təşkil olunacaq. Burada su üzərində ebru sənəti də canlı olaraq qonaqlara nümayiş ediləcək.
Elnur Vahidoğlu
- Baxış: 575