• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1330
— 23.08.2019 16:59

Tələbə adını qazananlar mükafatlandırılıb

KepezTV Player

Əvvəlki illərdən fəqrli olaraq bu il Samuxun bütün tam orta məktəblərindən ali təhsil ocaqlarina qəbul qeydə alınıb. 23 nəfər 500-600, 2 nəfər isə 600-dən yuxarı nəticə göstərib. Rayon üzrə fərqlənənlər şəhər 2 saylı və Yuxarı Ağasıbəyli kənd məkteblərinin şagirdləri olub. Samuxda tələbə adını qazanan gənclərlə keçirilən görüşdə bu il rayon üzrə 437 məzunun ali məktəblərə sənəd verdiyi, onlardan 171-nin tələbə adını qazandığı vurğulanıb. Rayon üzrə qəbul göstəricisinin ilbəil yaxşılaşdığı vurğulanaraq bunun səbəbkarlarına uğurlar arzulanıb.Toplantıda yeni dərs ilinə hazırlıqla da bağlı məsləhətləşmələr aparılıb.Bütün məktəblər yeni inventar və dərs vəsaitləri ilə təmin edilib, təhsil ocaqlarında əsaslı və cari təmir işləri aparılıb. Yaxin vaxtlarda Sərkar kəndində və İnstitut qəsəbəsindəki məktəblər də yenilənəcək. Sonda tələbə adını qazanan məzunlara rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.