Gəncədə 2 məktəb binası əsaslı təmir edilir. Hər iki təhsil ocağı Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yenilənir. Bununla da 18 və 34 nömrəli orta məktəbin şagirdləri təhlsillərini daha əlverişli şəraitdə davam etdirmək imkanı qazanacaq. Məktəblərin bütün sinif otaqları, idman və akt zalları eləcə də mətbəxləri lazımı inventarlarla təchiz olunub, yeni qazanxana sistemi qurulub. Şagirdlərin təhlükəsizliyinə müşahidə kameraları vasitəsi ilə nəzarət olunacaq. Müasir tələblər səviyyəsində yenidən qurulan hər iki məktəbdə aparılan işlər yeni dərs ilinə kimi başa çatdırılacaq. Hazırda inventarların yerləşdirilməsi və ətraf ərazinin abadlaşdırılması istiqamətində son tamamlama işləri görülür. Şəraitin yaxşılaşdırılması təhsilin keyfiyyəti ilə yanaşı əldə olunacaq nəticələrədə müsbət təsir göstərəcək. Məktəblərin yenilənməsi tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
- Baxış: 629