Azərbaycanda ilk dəfə olaraq Gəncədə qədim dövrə, eramızdan əvvəl 3-2-ci minilliyə aid tarixi abidə üzərində, açıq səma altında müzey yaradılacaq. Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada kurqanlardan ibarət arxeoparkın yaradılması üçün əlverişli şəraitin olduğu aydınlaşıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun alimlərindən ibarət böyük bir qrup 2015-ci ildən etibarən şəhərə yerüstü araşdırmalar aparmaq üçün cəlb olunub. İlkin tədqiqatlar nəticəsində 62 kurqan qeydə alınıb. Həmin kurqanlardan dördü Arxeologiya və Etnoqrafiya İnstitutunun qərarı ilə elmi tədqiqata cəlb edilib. Ərazilərdən insan skeleti və çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb. Mütəxəsislər arxeoparkın yaradılmasının Azərbaycanın keçmişi barədə dolğun məlumat verməklə yanaşı, həmçinin Gəncə və ətraf bölgələrə turizm axınına təkan verəcəyini qeyd edirlər.
- Baxış: 326