Gəncədə məktəblərə dərsliklər paylanılıb. Prosesə avqustun 12-dən başlanılıb. Şəhərin 46 orta ümumtəhsil məktəbi, 3 internat tipli gimnaziyasında ümumilikdə 41 min 296 şagird var ki, onların da 7632-i rus bölməsində təhsil alır. Bu il 4119 şagird birinci sinifdə, 2400-dən artıq şagird isə 11 sinifdə oxuyacaq. Məktəblilərin təlim-tərbiyyəsi ilə 3500-dən artıq müəllim məşğul olacaq. Şagirdlər və pedaqoqlar Təhsil Nazirliyi tərəfindən bütün fənnlər üzrə 151 min 119 dərslik, eləcə də metodiki vasitələrlə təmin ediliblər. 4 və 8-ci sinif dərslikləri tamamilə yenilənib. Nəşrlər kitabxanalar yığılıb və ötən gündən paylanmasına başlanılıb.
Abdulla Kərimov Məhəmməd Fizuli adına 22 nömrəli orta məktəbin direktoru:Bizim məktəbdə də 562 şagird təhsil alır. Həmin şagirdlər üçün kitabxana kitablar verilib. Sentyabırın 6-na kimi şagirdlər kitabların verilməsi tam başa çatacaq. Ötən gündən bu prosesə başlanılıb. Sinif rəhbərləri tərəfindən siyahılar tərtib olunub. Həmin şagirdlər kitabla təmin olunur. Kitabla təmin olunma ilə bağlı heç bir problem yoxdu.
Əzizə Şabanova 29 nömrəli orta məktəbin kitabxana müdiri:Məktəbimizin şagirdləri kitabla təmin olunub. Bizim məktəb Azərbaycan və rus bölməlidir. Heç bir problem yoxdu, hər şey öz qaydasındadır.
- Baxış: 373