• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 22.08.2019 12:17

Tovuz rayonunda qətl hadisəsi baş verib

KepezTV Player

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Yerli saki 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib. İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman mübahisə yaranıb və nəticədə qətl törədilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.