Gəncədə ilin əvvəlindən indiyə kimi 6 yaşa qədər olan 2 min uşaq 11 təhlükəli virusa qarşı peyvənd olunub. Peyvəndlərin davam etdirilməsi üçün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə yeni dərman peraparatları gətirilib.
Gəncədə 6 yaşa kimi 11 min 531 uşaq qeydiyyatdadır ki, bunun da 3521-i bir yaşa, 3719-u iki yaşa, 4291-i isə 6 yaşa kimi olanlardır. Ay ərzində 300-ə qədər uşaq poliklinikalarda peyvənd edilir.
Almaz Tomiyeva - Gəncə GEM-in şöbə müdiri: Dünən Respublika İnnavasiya Mərkəzindən peyvənd gətirilib. Bizim soyuducu bazamız var. Soyuq zəncirə riayət olunur. Elə də biz də uşaqların sayına uyğun peyvənd veririk. Peyvənd materialları barədə mənə ayda bir dəfə hesabat verirlər. Bundan başqa biz komputerdə də işləyirik. Peyvənd olan hər bir uşaq komputerə salınır. Onların işlərinə nəzarət edirik.
Peyvəndlənmə üçün hər bir poliklinikada xüsusi otaqlar ayrılıb və bu otaqlar lazımi avadanlıqlarla, dərman preparatları ilə təmin edilib. Yeni doğulmuş körpələrə doğum evində 3 peyvənd vurulur. Daha sonra uşaqlar 2, 4, 6 ayında, eləcə də 1 yaş və 1 yaş 6 aylığında, həmçinin 6 yaşında müxtəlif xəstəliklərə qarşı peyvənd olunurlar.
Məleykə Sadıqova - sakin: Nəvəmin 3 yaşı var. Sahə həkimi yoxladı, uşağı polikinkaya dəvət etdi. Nəvəmi gətirmişəm, yaşına uyğun vaxtlı vaxtında peyvənd vurulur.
İradə Məmmədova - Gəncə şəhər 3 nömrəli Uşaq Poliklinikasının sahə həkimi: Uşaqları peyvəndə cəlb edirik. İl ərzində poliknika üzrə 965 uşaq peyvəndə düşüb. Onun da 372 peyvənd edilib. Burada hər bir tibbi qaydaya əməl olunur. Peyvəndlərin saxlanma qaydası, eləcədə bütün peyvəndlər var)) Yeni doğulan uşaqların valideynlərinə ərazi poliklinikalarının sahə həkimləri tərəfindən uşaq peyvəndi pasportu da verilir. Bu pasportda 6 yaşa kimi 11 xəstəliyə qarşı peyvəndin vurulma tarixi ardıcıllıqla yazılır.
- Baxış: 400