• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 21.08.2019 17:58

Sərbəst güləşçilərin növbəti toplanışı

KepezTV Player

Sərbəst güləş üzrə böyüklərdən ibarət millimiz Göygöldə növbəti dəfə təlim-məşq toplanışındadı. Yığma cari il yarışların əksəriyyətinə bu məkanda hazırlaşıb.

Komandamız avqustun 12-dən yerli olimpiya idman kompleksində məşq edir. Güləşçilər həm fiziki, həm də taktiki-texniki olmaqla gündə iki dəfə məşq edirlər. 30 güləşçinin iştirak etdiyi millinin tərkibində gənc pəhləvanlar  da yer alıb. Yığmanın əsas üzvlərinin hamısının qatıldığı toplanış sentyabrda Qazaxıstada keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsidi.

Dünya çempionatındakı əsas medal ümidlərindən sayılan Hacı Əliyev orta asiyadakı yarışda uğurlu nəticə qazanaraq olimpiyadaya yollanmaq arzusundadı.

Təlim-məşq toplanışı ayın 24-dək davam edəcək.

 

Orxan Cəfərzadə